İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü başlayıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri də iştirak edirlər.
Prezidentlər İlham Əliyev və Serj Sarqsyan həmsədrlərin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.
.
