
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib.
Bu mərhələdə qrup qalibləri ilə ikinci yer sahibləri görüşəcək. 1/8 finalda eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gəlməyəcək.
1/8 finala qrup qalibi kimi yüksələn Türkiyə təmsilçisi "Beşiktaş”ın da rəqibi bilinib. İstanbul klubu Almaniyanın ən titullu komandası "Bavariya” ilə ilə qarşılaşacaq.
Növbəti mərhələnin ən maraqlı cütlərində isə "Real”la PSJ, "Çelsi” "Barselona” ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.
Çempionlar Liqası
1/8 final
"Yuventus” (İtaliya) - "Tottenhem” (İngiltərə)
"Bazel” (İsveçrə) - "Mançester Siti” (İngiltərə)
"Porto” (Portuqaliya) - "Liverpul” (İngiltərə)
"Sevilya” (İspaniya) - "Mançester Yunayted” (İngiltərə)
"Real” (İspaniya) - PSJ (Fransa)
"Şaxtyor” (Ukrayna) - "Roma” (İtaliya)
"Çelsi” (İngiltərə) - "Barselona” (İspaniya)
"Bavariya” (Almaniya) - "Beşiktaş” (Türkiyə)
Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin də püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqiblərini tanıyıb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə komandalar 16 cütlük təşkil ediblər. Avropa Liqasının qrup qalibləri və Çempionlar Liqasında 3-cü yer sahiblərindən daha yaxşı nəticəyə malik 4 komanda səpələnmiş kimi digərləri ilə üz-üzə gələcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar rəqib olmayacaq.
Cari mövsümdə "Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş "Kopenhagen”lə "Atletiko” bir-biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalıların 3-cü olduğu qrupda madridlilərlə üz-üzə gəlmişdi.
Avropa Liqası
1/16 final
"Borussiya” (Dortmund, Almaniya) - "Atalanta” (İtaliya)
"Nitsa” (Fransa) - "Lokomotiv” (Rusiya)
"Kopenhagen” (Danimarka) - "Atletiko” (İspaniya)
"Spartak” (Rusiya) - "Atletik” (İspaniya)
AEK (Yunanıstan) - "Dinamo” (Ukrayna)
"Seltik” (Şotlandiya) - "Zenit” (Rusiya)
"Napoli” (İtaliya) - "Leypsiq” (Almaniya)
"Srvena Zvezda” (Serbiya) - MOİK (Rusiya)
"Lion” (Fransa) - "Vilyarreal” (İspaniya)
"Real Sosyedad” (İspaniya) - "Zalsburq” (Avstriya)
"Partizan” (Serbiya) - "Viktoriya” (Çexiya)
"Styaua” (Rumıniya) - "Latsio” (İtaliya)
"Lüdoqorets” (Bolqarıstan) - "Milan” (İtaliya)
"Astana” (Qazaxıstan) - "Sportinq” (Portuqaliya)
"Ostersun” (İsveç) - "Arsenal” (İngiltərə)
"Marsel” (Fransa) - "Braqa” (Portuqaliya)
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.