
Futbol üzrə Çempionlar Liqasının III turuna daha 4 qrupda keçirilmiş 8 oyunla yekun vurulub.
Ikinci oyun günündə A, B, C və D qrupunda yer alan kollektivlər üz-üzə gəlib.
"Qarabağ"ın ilk xalını qazandığı C qrupunda İngiltərənin "Çelsi" və İtaliyanın "Roma" komandaları da məhsuldar heç-heçə ilə kifayətləniblər.
A qrupundakı hər iki görüşdə qonaqlar qələbə qazanıb. MOİK Rusiyada İsveçrə "Bazel"inə 2, "Benfika" Portuqaliyada İngiltərə "Mançester Yunayted"inə 1 cavabsız qolla yenilib.
B qrupundakı hər iki qarşılaşmada böyük hesab qeydə alınıb. "Bavariya” yeni baş məşqçi Yupp Haynkesin rəhbərliyi altında Almaniyada Şotlandiya "Seltik”ini 3, Fransa PSJ-si isə Belçikada "Anderlext"i 4 dəfə məyus edib.
Nəhayət, D qrupunda İtaliya "Yuventus"u Portuqaliya "Sportinq"ini, İspaniya "Barselona"sı isə Yunanıstan "Olimpiakos"unu yenib.
Çempionlar Liqası, Qrup mərhələsi, III tur
18 oktyabr
A qrupu
MOİK (Rusiya) - "Bazel" (İsveçrə) - 0:2
Qollar: Taulant Caka, 29. Dimitri Oberlin, 90
"Benfika" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə) - 0:1
Qol: Markus Reşford, 64
Xal durumu: "Mançester Yunayted" - 9, "Bazel" - 6, MOİK - 3, "Benfika" - 0.
B qrupu
"Bavariya" (Almaniya) - "Seltik" (Şotlandiya) - 3:0Qollar: Tomas Müller, 17. Coşua Kimmix, 29. Mats Hummels, 51
"Anderlext" (Belçika) - PSJ (Fransa) - 0:4
Qollar: Kilian Mbappe, 3. Edinson Kavani, 44. Neymar, 66. Anxel Di Maria, 88
Xal durumu: PSJ – 9, "Bavariya” - 6, "Seltik” – 3, "Anderlext” – 0.
C qrupu
"Çelsi" (İngiltərə) - "Roma" (İtaliya) - 3:3
Qollar: David Luis, 11. Eden Azar, 37; 75 - Aleksandar Kolarov, 40. Edin Ceko, 64; 70
.