
Çempionlar Liqasında 1/8 final mərhələsinin iki oyunu keçirilib.
Daha dörd komanda pley-offda ilk görüşünə çıxıb.
İtaliyada "Napoli” "Barselona”nı qəbul edib. Cütün favoriti sayılan ispanlar ilk hissədə geri düşmələrinə baxmayaraq, fasilədən sonra status-kvonu bərpa ediblər. Bununla "Barselona" səfərdə sərfəli bərabərliyə nail olub.
Digər qarşılaşma İngiltərədə baş tutub. Qeyri-sabit mövsüm keçirən "Çelsi” "Bavariya” ilə üz-üzə gəlib. Turnirin qalibi olmağa əsas namizədlər sırasında göstərilən almanlar ikinci hissədə vurduqları 3 qol sayəsində Londondan vacib qələbə ilə dönüblər. Serj Qnabrinin 4 dəqiqə ərzində dublu və Robert Levandovskinin qolu Münhen təmsilçisinə cavab görüşü öncəsi böyük üstünlük qazandırıb.
Qeyd edək ki, 1/8 finalın ilk oyunlarına fevralın 26-da baş tutacaq iki matçla yekun vurulacaq.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
"Napoli” (İtaliya) – "Barselona” (İspaniya) - 1:1
Mertens, 30 - Qrizmann, 57
"Çelsi” (İngiltərə) – "Bavariya” (Almaniya) - 0:3
Qrabri, 51, 54, Levandovski, 76