Yenizaman.az CTV Regional televiziyasına istinadən bildirir ki, Cəlilabad bağlarında üzüm yığımı yekunlaşmaq üzrədir. Süfrə üzümünü yığıb bitirən fermerlər hazırda texniki üzüm sortunu toplayır. Məhsuldarlıq isə o qədər də qanedici səviyyədə deyil.
Cəlilabadın üzüm bağlarında bu günədək 660 hektar sahədə məsul yığımı başa çatıb. Orta hesabla hər hektardan 6 ton olmaqla 3 min 950 ton üzüm toplanıb. Bu ilki mövsüm üzüm təsərüfatçıları üçün əlverişli keçməyib. Düşən xəstəliklər bağlara ciddi təhlükə yaratdı. Görülən profilaktik tədbirlər sayəsində xəstəliklərin qarşısı müəyyən qədər alınsa da, məhsuldarlıq 30 faiz aşağı düşüb.
Bu təsərrüfat ili hava şəraiti ilə əlaqədar bir qədər gecikdiyi üçün məhsul yığımına iyun ayından başlanıb. Əvvəlcə bağlardan süfrə üzümü toplanıb.
Texniki üzüm sortlarının yığımı 10 gündür ki, davam edir.Toplanan məhsul şərab zavodlarına təhvil verilir. Sentyabr ayının ortalarınadək məhsul yığımı tam başa çatacaq. Cəlilabad rayonunda ümumilikdə mövcud olan 1500 hektar üzüm bağlarından 9 min ton məhsul toplanması gözlənilir.
.
