Cəlilabadın bəzi kəndlərinə hələ də avtobuslar işləmir — (VİDEO)

7,783 oxunub
Bir vaxtlar yolların bərbad olması səbəbi ilə Cəlilabad rayonunun ucqar kəndlərində nəqliyyat problemi yaşanırdı. Həmin kəndlər üzrə marşrut xətləri demək olar ki, yox səviyyəsində idi. Son illər dağ kəndlərinə gedən yollar əsaslı təmir olunsa da yenə bu problem aradan qalxmadı. Bu kəndlərin sakinləri yenə gündəlik nəqliyyatdan istifadə edə bilmir. Yeganə çıxış yolları rayon mərkəzinə taksi ilə gedib-qayıtmaqdır.

Hazırda Cəlilabadın 60-dan çox kəndinə marşrut xətləri işləyir. 20 kənddə isə hələ də marşrut problemi qalmaqdadır. Bu kəndlər arasında Cəngan  və Təzəkənd kəndləri də var.

Hər iki yaşayış məntəqəsində yol infrastrukturu müasir standartlar səviyyəsində yenilənsə də yeni yola marşrut xətti buraxılmayıb. Hazırda sakinlər rayon mərkəzinə gedərkən əsasən taksi xidmətlərindən istifadə edirlər ki, bu da onlara baha başa gəlir. Yerli sakinlərin sözlərinə görə kənddə marşurut xətlərinin fəaliyyət göstərməməsi səbəbindən bəzən onlar yollarda saatlarla vaxt itirirlər.

Mövcud məsələdən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Cəlilabad  Regional Şöbəsi də xəbərdardır. Hər iki kəndin sakinləri tərəfindən bu problemlə bağlı yerli regional şöbəyə müraciət olunub. Nazim Musayevin sözlərinə görə digər kəndlərdə də yol təsərrüfatı tədricən yeniləndikcə yeni marşrut xətlərinin fəaliyyəti təmin olunacaq.

.
XƏBƏRLƏR 13-07-2026
19:06 Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb
19:01 OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
18:39

Tramp: ABŞ Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə görə yüklərin dəyərinin 20%-i həcmində ödəniş alacaq

18:31 Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir
18:17 Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
18:15 Tramp: İranın nüvə silahı hazırlamaq şansı yoxdur
18:10 Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
18:08 Azərbaycan və Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
18:05 Şakir Ağayev: "Azərbaycan heç bir xarici diktəyə boyun əyməyəcək"
17:50 İran ordusu Hörmüz boğazının Tehranın nəzarəti altında qalacağını bildirir
17:33 IV Şuşa Qlobal Media Forumu: Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti ilə bağlı sessiya keçirilib
17:31 Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
17:30 IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidə Zəfər parkını ziyarət edib - FOTO
17:24 Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
17:06 “The New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb, indi həbsdədir 
Təqvim