Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Rayonun Astanabad kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Zeynəb Qasım qızını minik avtomobili vurub.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
.
