Cəlilabadda istixana şəraitində yetişdirdirilən xiyarın yığımına başlanılıb

Cəlilabadda istixana şəraitində yetişdirilən xiyarın yığımına başlanılıb. Fermerlərin çəkdiyi zəhmət öz bəhrəsini verib. Onlar həm məhsuldarlıqdan, həm də qiymətdən razıdırlar.

İstixanaların birində yenicə əkilmiş xiyarlar iplərə bağlanır, digərində isə əkilmiş kollardan məhsul yığılır. Cəlilabad rayon sakini Mirağa Həsənov yeni xiyar sortlarını Türkiyədən gətirib. 

Bir kiloqramının qiyməti 2 manat, 2 manat 40 qəpik arasında dəyişən istixana xiyarları bölgə bazarları ilə yanaşı paytaxt bazarlarında da satışa çıxarılır. Yerli bazarlarda təlabat çox olduğundan sahibkar məhsulu xaricə çıxarmağı düşünmür. Yaz aylarında isə satışa çıxarılacaq xiyar məhsulu fevralın ilk həftəsində əkilib. 40 gün ərzində yetişəcək məhsul Novruz bayramı ərəfəsində satışa çıxarılacaq.

İstixanada hər bir xiyar tağından yaxşı məhsul götürmək üçün temperatur gecələr 15, gündüz isə 17-20 dərəcə arasında saxlanılmalıdır. Bunun üçün istixanalarda xüsusi isitmə sestemi quraşdırılıb.


.