Cəlilabadda kişi arvadını qətlə yetirib, daha sonra intihara cəhd edib
Cəlilabadda kişi arvadını qətlə yetirib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
.