16 yaşlı qız evində ölü tapılıb.

Hadisə Cəlilabad rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Fətullayevanı, yaxınları halsız vəziyyətdə aşkar ediblər. Onu dərhal rayon xəstəxanasına çatdırıblar. Xəstəxanada onun artıq öldüyü məlum olub.

Hazırda hüquq - mühafizə orqanları 16 yaşlı qızın nədən vəfat etdiyi araşdırır.

.