Cəlilabad rayon sakini bıçaqlanıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Rəsul Ümüd oğlu Vəliyev sol böyrək nahiyəsindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
.