"Amazon"un qurucusu Ceff Bezos dünyanın ən böyük onlayn pərakəndə platformasının baş direktor vəzifəsindən ayrılıb, şirkətin yeni rəhbəri vəzifəsinə "Web Services" şöbəsini quran və ona rəhbərlik edən Endi Cessi təyin olunub.

Bu barədə "Amazon"un açıqlamasında deyilir.

İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlərin uçotunun aparılması qaydası dəyişib
Səbail rayonunda iki küçədə təmir işləri davam etdirilir - FOTO
C. Bezosun bu vəzifədən gedəcəyi fevral ayında məlum olub. May ayında o, 5 iyul tarixində vəzifəsindən ayrılacağını açıqlamışdı.

57 yaşlı iş adamı vəzifəsindən getdikdən sonra şirkətin İdarə Heyətinin sədri olaraq qalacaq. O, şirkətin səhmlərinin 10%-dən çoxuna sahibdir.

Qeyd edək ki, "Forbes" jurnalına görə, Bezos 177 mlrd. ABŞ dollarlıq sərvətlə dünyanın ən zəngin iş adamları siyahısına başçılıq edir.
 

.