"Bu günədək Cəbrayıl, Füzuli və Ağdam rayonları üzrə 2200 hektardan çox əkin sahələri üçün yararlı ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib".

Bunu jurnalistlərə açıqlamasında Mühəndis qoşunları idarəsinin rəis müavini polkovnik Ceyhun Cəfərov deyib. 

Onun sözlərinə görə, bu ərazilərin əksər hissəsində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədi ilə əkin işləri aparılır: "Əlavə olaraq 92 hektar digər təyinatlı ərazilərdə tam təmizlənmə işləri aparılıb".

İşğaldan azad olunmuş ərazilərdə 135,5 km yol bərpa edilib, 80 km yeni yol çəkilib

"İşğaldan azad edilmiş bütün ərazilərdə mövcud yolların mina və döyüş sursatlarından təmizlənərək bərpası və yeni yolların təmizlənməsi işləri aparılır".

Bunu jurnalistlərə açıqlamasında Mühəndis Qoşunları İdarəsinin rəis müavini polkovnik Ceyhun Cəfərov deyib.

O bildirib ki, paralel olaraq, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə kommunikasiya xətlərinin çəkilməsi üçün həmin xətlərin keçdiyi ərazilərə ayrılmış qruplar tərəfindən minatəmizləmə tapşırıqları uğurla yerinə yetirilib: "Ümumilikdə 135,5 km yol bərpa edilib və 80 km yeni yol çəkilib".

Polkovnik Ceyhun Cəfərov vurğulayıb ki, ərazilərin mina və partlamamış döyüş sursatlarından tam təmizləməsi zamanı 1453 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib: "Bundan başqa 5420 ədəd piyada əleyhinə mina və 17500 ədəd müxtəlif çaplı döyüş sursatları aşkar edilərək zərərsizləşdirilib".

.