UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.
Ikinci oyun günündə E, F, G və H qruplarında matçlar keçirilib.
E qrupunda “Bavariya” Almaniyada Ukraynanın “Dinamo” (Kiyev) klubunu (5:0), “Benfika” isə Portuqaliyada İspaniya “Barselona”sını darmadağın edib - 3:0.
F qrupunda “Mançester Yunayted” “Old Trafford”da Ronaldunun son dəqiqə qolu ilə “Vilyarreal”a 2:1 hesabı ilə qalib gəlib.
Gecənin ən diqqətçəkən qarşılaşması H qrupunda “Yuventus” ilə turnirin son qalibi olan “Çelsi” arasında oynanılıb. Bu oyunda meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.
Çempionlar Liqası
II tur
29 sentyabr
E qrupu
“Bavariya” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 5:0
Qollar: Robert Levandovski, 12; 27, Serj Qnabri, 68, Leroy, Sane, 74, Erik Şupo-Motinq, 87
“Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) - 3:0
Qollar: Darvin Nunyes, 3; 79 (penalti), Rafa Silva, 69
F qrupu
“Atalanta” (İtaliya) – “Yanq Boyz” (İsveçrə) - 1:0
Qol: Matteo Pessina, 66
“Mançester Yunayted” (İngiltərə) – “Vilyarreal” (İspaniya) - 2:1
Qollar: Aleks Telles, 60, Kriştianu Ronaldu, 90+5 - Pako Alkaser, 53
G qrupu
“Volfsburq” (Almaniya) – “Sevilya” (İspaniya) - 1:1
Qollar: Renato Şteffen, 48 - İvan Rakiiç, 86 (penalti)
“Zaltsburq” (Avstriya) – “Lill” (Fransa) - 2:1
Qollar: Kərim Adeyemi, 35 (penalti); 53 (penalti) - Burak Yılmaz, 62
H qrupu
“Zenit” (Rusiya) – “Malmö” (İsveç) - 4:0
Qollar: Klaudinyo, 9, Daler Kuzyayev, 49, Aleksey Sutormin, 80, Vendel 90+4
“Yuventus” (İtaliya) – “Çelsi” (İngiltərə) - 1:0
Qol: Federiko Kyeza, 46