Şanxay "Jiao Tong" Universitetinin tədqiqatçıları genişmiqyaslı generativ süni intellekt modelləri ilə işləməyə imkan verən "LightGen" adlı optik çip hazırlayıblar.

Yenizaman-ın "China Daily"ə istinadən məlumatına görə, alimlər hesab edirlər ki, bu ixtira genişmiqyaslı hesablama tapşırıqlarının həlli üçün yeni perspektivlər açır.

"LightGen" generativ süni intellektin daha yüksək sürət və səmərəliliklə inkişafı üçün yeni yol açır, yüksək sürətli və enerji baxımından səmərəli generativ intellektual hesablama sahəsində tədqiqatlar üçün yeni istiqamət göstərir", – deyə aparıcı tədqiqatçı Çen İtun bildirib.

Tərtibatçıların sözlərinə görə, "LightGen" irimiqyaslı semantik və vizual generativ süni intellekt modellərini dəstəkləyən ilk tam optik çipdir. Optik hesablamalarda tranzistorlardakı elektronlar əvəzinə işıqdan istifadə olunur ki, bu da məlumatların işlənməsini sürətləndirməyə və enerji sərfiyyatını azaltmağa imkan verir.

Eksperimentlər göstərib ki, çip yüksək keyfiyyətli təsvirlər, 3D modellər və yüksək dəqiqlikli videolar yarada bilir.

.