Çin Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı planını dəstəkləyib.

Bu barədə Çin XİN mətbuat xidməti məlumat yayıb.

“Pekin sülh danışıqlarını təşviq etmək istiqamətində Avropanın səylərini dəstəkləyir”, - deyə Nazirlikdən bildirilib.

Xatırladaq ki, dünən Makron Rusiya ilə Ukraynanı bu yay danışıqlar masasına oturtmağa çalışacağını və Çin hökumətinə də bu məsələdə dəstək göstərməsi üçün müraciət edəcəyini bildirmişdi.

.