HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranın suverenliyinin pozulmasıdır.

Yenizaman İSNA-ya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

Məlumata görə, o, İsmayıl Haniyənin öldürülməsinin ittiham edərək bunu BMT-nin nizamnaməsi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.

Nazir hadisənin regionda gərginliyi artıracağını, regionu daha təhlükəli vəziyyətə sürükləyəcəyini qeyd edib.

.