"ABŞ hegemonluqdan əl çəkməlidir".
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
"ABŞ əsassız iddialar səsləndirməkdənsə, öz üzərində düşünməli, yanlış təcrübələrini düzəltməli və hegemonluqdan əl çəkməlidir. Bu ölkə digər ölkələrin suverenliyinə hörmət etməli, onlarla sülh şəraitində yaşamalı və "qazan-qazan" əməkdaşlığına çalışmalıdır", o bildirib.
Çin XİN-in təmsilçisi ABŞ-ı beynəlxalq qaydaları və nizamı pozmaqda ittiham edərək, onu "təxribatçı" adlandırıb. "Hegemonluq onun beynəlxalq qaydalara və beynəlxalq məsələlərə yanaşmasının əlamətidir".
Çin XİN: Ukrayna böhranı bizə dialoqun yeganə həll yolu olduğunu öyrətdi
"Ukrayna böhranı bizə dialoqun yeganə həll yolu olduğunu öyrətdi".
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
Ukrayna-Rusiya müharibəsinin artıq bir ildir davam etdiyini xatırladan “Ukrayna böhranı bizə döyüşdə qalibin olmadığını, dialoq və danışıqların yeganə çıxış yolu olduğunu öyrətdi. Bütün tərəflər, xüsusən də böyük ölkələr alova yanacaq tökməkdənsə, böhrandan qazanc əldə etməkdənsə, siyasi həll yolu axtarmağa kömək etməlidir", - Çin XİN rəsmisi bildirib.
.
