Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ səmasında Çinin hava şarlarının görünməsi ilə bağlı qalmaqala reaksiya verib.

Bu barədə “Reuters“ yazıb.

XİN-dən bildirilib ki, ötən ilin 1 yanvar tarixindən etibarən ABŞ-a məxsus hava şarları Çinin hava məkanına 10 dəfədən çox qeyri-qanuni uçuş edib.

Xatırladaq ki, ABŞ tərəfi artıq 4 ədəd uçan obyekti vurduğunu bildirib. Həmçinin əlavə olunub ki, Huron gölü üzərində vurulan dördüncü obyekt forma və ölçü baxımından şara bənzəmir.

.