Çin Xalq Azadlıq Ordusu Tayvan adasının ətrafında bir neçə ayrı bölgədə hərbi təlimlər keçirəcək.

Bu barədə Çinin “Sinxua” dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, adanın ətrafında keçiriləcək təlimlər avqustun 4-dən 7-dək davam edəcək.

Qeyd edək ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvanın paytaxtı Taybeydə səfərdədir.

.