Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Çun ölkəsinin ABŞ və Rusiya arasında aparılan nüvə silahına nəzarət üzrə danışıqlara qoşulmasının şərtini açıqlayıb.

ABŞ və Rusiya arasında yeni Strateji Nüvə Silahlarının Azaldılması Müqaviləsi tərəflərin hər birinə 1550-dən çox olmamaqla nüvə başlığına malik olma imkanı verir.

“ABŞ nüvə silahlarının sayını Çinin malik olduğu nüvə silahlarının sayına qədər endirməyə razı olsa, rəsmi Pekin ertəsi gün danışıqlara qoşulacaq”-deyə, XİN rəsmisi bildirib.

Stokholm Benəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) birgə apardığı araşdırmalara görə hazırda dünyada sadəcə 9 ölkədə nüvə silahı var.

Siyahıya Rusiya rəhbərlik edir. İkinci yerdə ABŞ dayanır ki, onun da 6 450 nüvə silahı mövcuddur. Çinin isə 280 ədəd nüvə silahının olduğu ehtimal edilir.

.