Çinin iki keçmiş müdafiə naziri korrupsiyaya görə edam cəzasına məhkum edilib.

Xinhua“nın məlumatına görə, general-leytenantlar Li Şanfu və Vey Fenqe korrupsiyaya görə edam cəzasına məhkum edilib.

Qeyd edilib ki, sabiq müdafiə nazirləri 2024-cü ildə hərbi statuslarından məhrum edilib və Çin Kommunist Partiyasından xaric edilib.


Məlumata görə, Çində ölüm hökmü adətən cəza müddəti ərzində heç bir cinayət törətmədikdə ömürlük həbs cəzası ilə əvəz olunur.

Bildirilib ki, 2012-ci ildə hakimiyyətə gəldikdən sonra Çin lideri Si Cinpinin əmri ilə həyata keçirilən genişmiqyaslı korrupsiyaya qarşı mübarizənin əsas hədəflərindən biri Silahlı Qüvvələr olub.

Qeyd edək ki, Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenqe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıb.

.