Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukrayna Prezidenti Vladimir Zelenski ilə gələn ay görüşə bilər.

Bu barədə “Reuters“ məlumat yayıb.

Ukraynanın keçmiş xarici işlər nazirinin müavini Oleksandr Çalyi üç günlük Syanşan Forumunun açılış sessiyasında bildirib ki, son aylarda Pekin və Kiyev arasında diplomatik əlaqələr yaxşılaşıb və görüşün keçirilməsi isə mümkündür.

Qeyd edək ki, Çin Rusiya Ukrayna münaqişəsində özünü bitərəf kimi göstərir, lakin bununla belə Rusiya ilə yaxın strateji əlaqələr saxlayır və Ukraynanın iyunda təşkil etdiyi sülh sammitinə qatılmayıb.

.