Çin hökuməti bütün dünyada satışa çıxarıla biləcək COVID-19-a qarşı peyvənd hazırlamaq niyyətini açıqlayıb.

Xarici KİV xəbər verir ki, hazırda Çində koronavirusa qarşı hazırlanmış vaksinlərin sınaqları davam edir.

Eyni zamanda, əsas diqqət perspektivli bir dərmanın təhlükəsizliyi, effektivliyi və əlçatanlığı parametrlərinə yetirilir.

Çində həm də hesab edirlər ki, dünya elmi effektiv bir peyvənd yaratmaq və sonrakı mərhələlərdə sınaqdan keçirmək üçün səylərini birləşdirməlidir.

Hələ may ayında Çin alimləri 5 yeni peyvəndin uğurla sınaqdan çıxarıldığını açıqlamışdılar.

Test 2575 könüllünün iştirakı ilə keçirilib.

Bunlardan biri rekombinant peyvənd, dördü isə aktiv olmayan dərmanlardır.

Məlumdur ki, Çin peyvəndləri test nəticələrinə görə etibarlı sayılır və antikorların istehsalı artıq könüllülərdə qeydə alınır.

İndiki anda, testlər zamanı könüllülərdə hər hansı bir əks təsir göstərmədiyi bildirilir.

.