
Çin ABŞ gəmilərinə əlavə liman rüsumu tətbiq edəcək.
Yenizaman “Reuters“ ə istinadən xəbər verir ki, bu barədə Çinin nəqliyyat nazirliyi məlumat yayıb.
Belə ki, ABŞ şirkətlərinə və vətəndaşlarına məxsus, və ya ABŞ-da istehsal olunmuş, eləcə də ABŞ bayrağı daşıyan bütün gəmilər oktabrın 14-dən başlayaraq əlavə liman rüsumu ödəməli olacaq.
Həmin tarixdən etibarən həm də, Çində istehsal olunan, Çin şirkətləri və ya vətəndaşlarına məxsus olan gəmilər ABŞ-da ilk liman dayanacağında ödəniş etməli olacaq.
.