Çexiya Respublikası bu il NATO-nun müdafiə xərcləri üçün ÜDM-in 2%-lik hədəfinə çata bilməyəcək.
Bu barədə ölkənin Baş naziri Andrey Babiş "Financial Times" qəzetinə açıqlamasında bildirib.
O, hökumətin öhdəliyini yerinə yetirmək üçün "əlindən gələni edəcəyini", lakin büdcə kəsiri ilə üzləşdiyini söyləyib. Babiş bunu əvvəlki kabinetin həddindən artıq xərcləməsi ilə əlaqələndirib.
Çexiya prezidenti Petr Pavel əvvəllər hökumətin 2026-cı il büdcəsində müdafiə xərclərini azaltmaq planlarını tənqid edib, bu cür xərclərin artan təhlükəsizlik təhdidləri və ölkənin Alyans qarşısındakı öhdəlikləri ilə uyğunsuz olduğunu bildirib.
.
