Bu gün Çempionlar Liqasının 2020/21 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda 8 qrupa bölünüb.

Azərbaycan Çempionlar Liqasının əsas mərhələsində təmsil olunmayıb. Qonşu Türkiyənin çempionu “Başakşəhər”in rəqibləri püşkatmada bəlli olub.

İstanbul klubu H qrupunda mübarizə aparacaq. “Başakşəhər” burada PSJ, “Mançester Yunayted” və “Leypsiq”lə eyni qrupda yer alıb.

Diqqət çəkən məqam “Barselona” ilə “Yuventus”un eyni qrupda yer almasıdır. Son illər dünyanın ən güclü iki futbolçusu sayılan Lionel Messi ilə Kriştianu Ronaldo qrupda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, qrup mərhələsində I tur  20/21 oktyabr, II tur 27/28 oktyabr, III tur 3/4 noyabr, IV tur 24/25 noyabr, V tur 1/2 dekabr, VI tur 8/9 dekabrda keçiriləcək.

Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu

“Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya)

“Zalsburq” (Avstriya)

“Lokomotiv” (Rusiya)

B qrupu

“Real” (İspaniya)

“Şaxtyor” (Ukrayna)

“İnter” (İtaliya)

“Borussiya” (Mönhenqladbax, Almaniya)

C qrupu

“Porto” (Portuqaliya)

“Mançester Siti” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan)

“Marsel” (Fransa)

D qrupu

“Liverpul” (İngiltərə)

“Ayaks” (Niderland)

“Atalanta” (İtaliya)

“Midtülland” (Danimarka)

E qrupu

“Sevilya” (İspaniya)

“Çelsi” (İngiltərə)

“Krasnodar” (Rusiya)

“Renn” (Fransa)

F qrupu

“Zenit” (Rusiya)

“Borussiya” (Dortmund, Almaniya)

“Latsio” (İtaliya)

“Brügge” (Belçika)

G qrupu

“Yuventus” (İtaliya)

“Barselona” (İspaniya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Ferensvaroş” (Macarıstan)

H qrupu

PSJ (Fransa)

“Mançester Yunayted” (İngiltərə)

“Leypsiq” (Almaniya)

“Başakşəhər” (Türkiyə)

Qeyd edək ki, qrup mərhələsində I tur 20/21 oktyabr, II tur 27/28 oktyabr, III tur 3/4 noyabr, IV tur 24/25 noyabr, V tur 1/2 dekabr, VI tur 8/9 dekabrda keçiriləcək.

.