UEFA İcraiyyə Komitəsi futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün təqvimini təsdiqləyib.

Yarışın ilkin seçmə məhələsinin oyunları bu il 13-18 oktyabr, əsas mərhələsinin görüşləri isə 19-24 noyabr tarixlərində keçiriləcək.

Elit raundun iştirakçıları isə gələn ilin 16-21 fevral tarixlərində meydançaya çıxacaqlar. “Dördlər finalı” 2021-ci ilin aprelində “Minsk Arena”da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan çempionu mübarizəyə əsas mərhələdən başlayacaq.

.