Çempionlar Liqasının I təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatma mərasimi ərəfəsində UEFA komandaları qruplara bölüb.
Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqiblərinin sayı da azalıb.
Qurban Qurbanovun yetirmələri püşk zamanı səpələnmiş olacaq. Ağdam klubu 2-ci qrupdakı 10 komandadan biridir.
“Qarabağ” bu qrupun 5 səpələnməmişindən biri ilə üz-üzə gələcək. Təmsilçimizin mümkün rəqibləri “Rakuv” (Polşa), “Svift Esper” (Lüksemburq), “Valmiera” (Latviya), “Larne” (Şimali İrlandiya) və “Linkoln” (Cəbəllütariq) klublarıdır.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
.