"Araz-Naxçıvan" komandasının futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri bəlli olub.

 Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” (Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacaq.

Bu qrupun oyunları İsveçdə keçiriləcək.

Qeyd edək ki, matçlar avqustun 20-25-də baş tutacaq. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.

.