Türk dünyası geosiyasi mərkəzə çevrilir. Yüksəlməkdə olan bir türk dünyası reallığı var.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu məsələdə hədəf türk dünyasının siyasi, mədəni və iqtisadi cəhətdən inteqrasiyasını təmin etməkdir.

“Azərbaycanla birlikdə ticarət və nəqliyyat nazirlərimizin də iştirakı ilə üçtərəfli formatlar təsis etdik. Bu il reallaşdırdığımız Türkiyə-Azərbaycan-Qazaxıstan, Türkiyə-Azərbaycan-Özbəkistan nazirlər iclasları və Avaza şəhərində keçirilən Türkiyə-Azərbaycan-Türkmənistan Zirvəsi tarixi inkişafa səbəb oldu”, - deyə o bildirib.

.