
Qərb ölkələrinin münasibətinə baxsaq, Türkiyə PUA-ları Qarabağda qatil idi, Ukraynada isə sanki mələyə döndü.
Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” kanalına müsahibəsində deyib.
Diplomat bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin dediyini xatırladaraq, Qərb ölkələrinin Türkiyənin regiondakı rolunu hələ indi anladıqlarını qeyd edib.
Çavuşoğlu: “Türk əsgəri Ukraynada Rusiyaya qarşı vuruşa bilməz”
Türkiyə və NATO-nun müttəfiqləri Ukraynanın təhlükəsizlik zəmanəti tələbinə razılıq verməyib.
Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” kanalına müsahibəsində deyib.
Diplomat qeyd edib ki, Ukraynanın indiki şəkildə tələb etdiyi zəmanətləri NATO-nun 5-ci maddəsinə uyğun olduğu təqdirdə belə, ABŞ və Türkiyə daxil olmaqla, heç bir müttəfiq ölkə qəbul edə bilməz. Türk əsgəri Ukraynada Rusiyaya qarşı müharibə apara bilməz.
Çavuşoğlu: ““S-400” və “F-35” məsələsində ABŞ-la razılıq əldə oluna bilər”
“S-400” və “F-35”lər məsələsində Amerika Birləşmiş Ştatları ilə indi olmasa da, yaxın zamanda razılıq əldə oluna bilər.
Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” kanalına müsahibəsində deyib.
O qeyd edib ki, məsələ ətrafında danışıqlar konstruktiv çərçivədə davam edir.