“Qara dənizin sülh bölgəsi olmasını istəyirik. Biz bu fikri müdafiə edirik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir: “Biz Ukraynanın da, elə Rusiyanın da, ümumilikdə bütün dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyirik. Ukrayna ilə də, Rusiya ilə də çox yaxşı münasibətlərimiz var. Türkiyə səmimi siyasət yürüdür”. 

XİN başçısı qeyd edib ki, Rusiya ilə Türkiyə arasında bir çox sahədə əməkdaşlıq var: “Suriyada, Liviyada da Rusiya ilə əməkdaşlıq edirik. Azərbaycanda, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəz fəaliyyət göstərir. Rusiya və Türkiyə qarşı tərəflərdə olsa belə, bunu əməkdaşlığa çevirə bilirlər”.

Çavuşoğlu: “Kipr məsələsində federasiya ilə bağlı danışıqlara getməyəcəyik”

"Kipr məsələsində federasiya ilə bağlı masaya oturmayacağımızı bildirmişik".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

“Keçmişdə Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyə Annan planı ilə əlaqədar müzakirələr aparıblar. Bu gün federasiya ilə bağlı müzakirələr aparmaq zaman itkisindən başqa bir şey deyil. Buna nə ehtiyac var axı?”, - deyə XİN başçısı vurğulayıb.

M. Çavuşoğlu qeyd edib ki, Kipr məsələsinin iki dövlətli həll yolundan başqa bir alternativi qalmayıb.

.