“Ukrayna və Rusiya arasında təmaslar artıb. Biz buna dəstək veririk”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, ən əhəmiyyətli məsələ atəşkəsə nail olmaqdır.
“Bu gün Türkiyədə keçirilən görüşdə bəzi mövzularda ortaq razılaşmalar əldə edildi. Daha çətin məsələlərin üst səviyyələrdə müzakirə ediləcəyini düşünürük. Bundan sonrakı mərhələdə hər iki ölkənin XİN rəhbərləri bir araya gəlməli, razılaşmanın mətni hazır vəziyyətə gətirilməlidir. Növbəti mərhələ isə prezidentlərin görüşüdür”.
Türkiyə XİN başçısı: “Rusiya və Ukrayna arasında yaxınlaşma var”
Bizə göstərilən etimadın fərqindəyik.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, tərəflər arasında yaxınlaşma var: “Bu prosesə dəstək veririk. Minlərlə insanın ölümünə və milyonlarla insanın yerlərindən didərgin düşməsinə yol açan bu savaş artıq dayanmalıdır. Bu gün Türkiyədə həyata keçirilən görüşdə bu məsələdə məsafə qət edildiyini görürük. Bəzi mövzularda uzlaşma əldə edildi”.
.
