Bu günə qədər 61 həmkarım telefonla zəng edib, bir o qədəri də mesaj və məktub göndərib.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada liviyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

“99 ölkə və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq. Axtarış-xilasetmə qrupları gecə-gündüz çalışır. Yeni gələnlərlə mövcud qrupları rotasiyalı şəkildə çalışdırmaqda fayda var. Daha 7 ölkədən axtarış-xilasetmə qruplarını gözləyirik”, - Çavuşoğlu vurğulayıb.

.