
Mərkəzi Asiya və Cənubi Qafqazın rifahına dəstək vermək Türkiyənin xarici siyasətinin təməl prinsipidir.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir xatırladıb ki, iyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Nazir onu da diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələrinin təbii qaz məsələsində daha az əziyyət çəkməsi üçün Türkiyə səylər göstərməyə çalışır.
Onun sözlərinə görə, bu məsələdə Azərbaycan da üzərinə böyük bir məsuliyyət götürüb.
.