
Konsulluqların bağlanılması məqsədlidir.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, Türkiyənin məsələ ilə bağlı xəbərdarlıq etdiyini və bunun cavabsız qalmayacağını qeyd edib: “Bir terror təhdidi varsa, bizə bildirmələri gərəkməzmi? Daxili İşlər Nazirliyinə, kəşfiyyatımıza müraciət edirik. Konkret bir bilgi yoxdur”.
Qeyd edək ki, 9 ölkə, o cümlədən Almaniya, Niderland, Britaniya və İsveçrə İstanbuldakı konsulluqlarını bağlayıb. Bunun ardınca həmin 9 ölkənin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Xatırladaq ki, 9 ölkə Türkiyədəki “təhlükəsizlik təhdidi” səbəbi ilə İstanbuldakı konsulluqlarının fəaliyyətinə ara verib.
.