Azərbaycanlı həmkarım Türkiyəyə gəlmək istədiyini bildirib.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışdığını vurğulayıb.

O bildirib ki, Avropadan da bir çox nazir bu istəyini dilə gətirib.

Türkiyə XİN başçısı vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanı ziyarət etmək istəyənlər var: “Pakistan Baş naziri də gəlmək istəyir. Amma Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsini ziyarət etdiyi üçün səfəri vaxtını başqa tarixə keçirdik. Növbəti həftədən gəlmək istəyənlərin səfərlərini koordinasiya edəcəyik”.

.