Şərq-Qərb istiqamətində Orta Dəhlizin əhəmiyyəti hər gün daha da artmaqdadır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə bildirib.

O qeyd edib ki, 2022-ci ildə bu dəhlizlə daşınan malların həcminin keçən ilə nisbətdə 6 dəfə daha çox, yəni 3,2 milyon ton olması gözlənilir.

Nazirin sözlərinə görə, beynəlxalq aktorlar da Orta Dəhlizə daha çox maraq göstərir.

“Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələr strateji xarakter daşıyır. Azərbaycanın işğal altındakı torpaqları azad etməsi yeni imkanlar yaratdı. Qarabağı dünyaya açan Füzuli və Zəngilan hava limanlarını açdıq”, - o deyib.

Çavuşoğlu: TDT-nin Səmərqənddə imzalanan sazişləri böyük əhəmiyyət kəsb edir

Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvəsi çərçivəsində kommunikasiya xətlərini gücləndirməyə yönəlmiş sazişlər böyük əhəmiyyət kəsb edir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə bildirib.

O qeyd edib ki, bu sazişləri tam şəkildə həyata keçirmək üçün başladılmış üçtərəfli platformalar müsbət nəticəyə yönəlmiş şəkildə işlədilməlidir.

.