Balıq mövsümü başlayar-başlamaz çay və göllərin kənarları da balıqçılarla əhatələnib. Ancaq bu mövsüm balıqçıların həvəsi ürəklərində qalıb. Balıqçılar getdikcə balıqların sayının azalmasından şikayət edir.
Balıqların azalmasını qanunsuz balıq ovçularının çoxalması ilə izah edirlər. Balıqçılar iddia edir ki, qanunsuz balıq ovu ilə məşgul olanlar günün müəyyən vaxtlarında suya tor qurmaqla, elektrik verməklə və başqa yollarla iri və xırda balıqları, onların kürülərini kütləvi şəkildə məhv edir.
Təbii Sərvətlər Nazirliyinin 9 saylı ərazi ekalogiya və təbii sərvətlər söbəsindənsə bildirdilər ki, təbiətə və ekalogiyaya bu cür ziyan vuran şəxslərə qarşı daim mübarizə aparılır. Belə şəxslərə qarşı qanunvericilikdə müəyyən cərimələr də nəzərdə tutulub.
Qida rasionumuzda önəmli yeri olan balığın sayının getdikcə azalması və məhz bu cür üsullarla bilərəkdən azaldılması aidiyyatı qurumları həyəcan təbili çalmağa vadar edir. Əks təqdirdə nəticə qaçılmaz olacaq. Təbiəti, ekologiyamızı qorumaqsa hər birimizin borcudur. Nəzərə alsaq ki, biz də təbiətin bir parçasıyıq. Onda təbiətə verdiyimiz hər zərərlə elə birbaşa özümüzə zərbə vurmuş oluruq.
ARB Şəki
.
