Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ali Seçki komissiyasının (YSK) İstanbulun bələdiyyə seçkiləri ilə bağlı qərarıan münasibət bildirib.

Nazir təkrar seçkilərin şəffaf keçiriləcəyinə əmin olduğunu deyib:

"Seçkilər şəffaf olmalıdır. Biz də bunu istəyirik. YSK da nəticələri bu səbəbdən ləğv etdiyini söyləyir. Bütün namizədlər martın 31-dən qabaq olduğu kimi bərabər hüquqa sahib olmalıdırlar”.

Qeyd edək ki, iyunun 23-də İstanbulda yenidən bələdiyyə seçkiləri keçiriləcək.
.