Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Qarabağ” futbol klubunu Çempionlar Liqasına yüksəlməsi ilə əlaqədar təbrik edib.
Çavuşoğlu "twitter” hesabında təbriklərini çatdırıb.
"Qardaş Azərbaycanın uğuru bizə də qürur hissi yaşatdı. Çempionlar Liqasında qruplara qalaraq tarix yazan "Qarabağ”ı təbrik edirik” – deyə nazir qeyd edib.
.
