Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfər yola düşəcək.

Səfərin iyunun 20-21-də baş tutacağı bildirilir.

Səfər çərçivəsində türkiyəli nazirin iranlı həmkarı Cavad Zəriflə bir sıra regional məsələləri, o cümlədən ikitərəfli münasibətləri müzakirə edəcəyi qeyd edilir.

Məlumata görə, M.Çavuşoğlunun İrana səfəri C.Zərifin dəvəti ilə baş tutacaq.

.