Publika.az xəbər verir ki, xəstəxananın önündə D.Baykalın son vəziyyəti ilə bağlı məlumat verən həkim Bahəddin Güzel deyib ki, beyinə gedən damarlardakı tutulma cərrahların müdaxiləsi ilə aradan qaldırılıb:
"Beyinə gedən əsas damarlar tutulmuşdu. Tutulmuş damarlar açılıb. Hazırda xəstənin şüuru açıqdır. Beyinin fəaliyyəti zəiflədiyi üçün bədənin sol tərəfində nisbətən passivlik müşahidə edilir. Sol əlini və ayağını tərpətməkdə çətinlik çəkir. Bunun qısa zamanda fizioterapiya ilə bərpa olunacağına inanırıq. Həyati təhlükəsi hələ də davam edir. Daimi və ciddi nəzarət altında saxlayırıq.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəxsən Ankara Universiteti İbn Sina Xəstəxanası intensiv nəzarət xidmətini ilə əlaqə saxlayıb Deniz Baykalın səhhəti ilə maraqlandığı deyilib.
Prezidentin rəsmi səhifəsində yer alan məlumata görə, R.T.Ərdoğanın Ankara Universitetinin professor Erkan İbiş ilə bu gün səhər saatlarında telefon əlaqəsi yaratdığı qeyd edilib. Həkimin sözlərinə görə, Baykalın səhhətinə xüsusi diqqət göstərilir. Vəziyyəti yaxından təqib etdiyini deyən həkim onun vəziyyətinin hələ ki stabil olduğunu deyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Dəniz Baykalı ziyarət edib.
Nazir səhər saatalarında Ankara Universiteti İbn Sina Xəstəxanasına yerləşdirilən millət vəkilini ziyarət etmək üçün xəstəxanaya gedib.
.
