ABŞ-ın dövlət katibi Con Kerri və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Onlar Suriyadakı vəziyyəti və İŞİD-lə mübarizəni müzakirə ediblər.
Virtualaz.org bildirir ki, bu barədə "RİA Novosti” Dövlət Departamentinə istinadən məlumat yayıb.
Kerri Ankarada fevralın 16-da törədilən terror aktı ilə əlaqədar türkiyəli həmkarına başsağlığı verib. "Dövlət katibi ABŞ-ın NATO-dakı müttəfiqimiz olan Türkiyə ilə tərəfdaşlığa və terrorçuluqla ümumi mübarizəyə dair öhdəliklərinə sadiqliyini bir daha təsdiqləyib”, - deyə məlumatda qeyd olunub.
.
