Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gələcək.
Türkiyə mediası xəbər verir ki, Çavuşoğlu noyabrın 30-da keçiriləcək Türkiyə-Azərbaycan-Pakistan xarici işlər nazirlərinin üçtərəfli toplantısında iştirak edəcək.
Türkiyəli nazir 30 noyabr – 1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransına da qatılacaq.
