"Maykl Pompeo ilə itkin düşən jurnalist Camal Qaşıqçı və Münbic məsələlərini müzakirə etdik”.

"Hürriyet” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Ankaradakı görüşündən sonra bildirib.

"Çox məhsuldar görüş idi. PKK-ya qarışı mübarizə də daxil olmaqla, bir çox mövzuları müzakirə etdik. Pompeo ABŞ Prezidenti Donald Trampın ismarıcını gətirdiyini söylədi. Səudiyyə Ərəbistanında keçirdiyi görüşlə bağlı Prezident Rəcəb Tayib Ərdoğana məlumat verib. Prokurorluq Camal Qaşqıçı ilə bağlı geniş araşdırma aparır. Baş konsulun iqamətgahında araşdırma aparılmayıb. Araşdırmadan sonra ələdə ediləcək nəticə barədə mətbuata məlumat veriləcək. Bu gün konsulun otağında, avtomobilində və iqamətgahında axtarıış aparılacaq. Əlimizdə 15 nəfərin Türkiyəyə gəlməsi ilə bağlı məlumatlar var. Ancaq konkret nəticə əldə etdikdən sonra məlumat verə bilərik”, - o vurğulayıb.

Qeyd edək ki, Maykl Pompeo Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələni oktyabrın 16-da Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla müzakirə edib. O, oktyabrın 17-də isə Türkiyəyə səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə itkin düşən jurnalistlə bağlı məsələni müzakirə edib.
.