"Azərbaycan FETÖ ilə bağlı bizə ən güclü dəstəyi verən ölkələrin başında gəlir”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
M. Çavuşoğlu bildirib ki, FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb: "FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik. Azərbaycan da bu məktəbləri bizim "Maarif” Vəqfinə verə bilər”.
"İrana qarşı sanksiyaların əleyhinəyik. Vaxtilə Avropa İttifaqı Rusiyaya qarşı da sanksiya tətbiq edib, amma buna qoşulmadıq. Bunları doğru hesab etmirik”.
Bunu da Türkiyə xarici işlər naziri deyib.
”ABŞ Fətullahı bizə verdiyi zaman Türkiyə bu fikrindən əl çəkəcək” kimi söhbət ola bilməz. Onlar Fətullah Güləni bizə verməlidir, biz müttəfiqik və bunu başqa şərtlə bağlamaq olmaz. İranın küncə sıxışdırılmasını və ABŞ-ın İranla bağlı nüvə sazişindən çıxmasını da doğru hesab etmirik. Bu yaxınlarda ABŞ- dan Türkiyəyə bir heyət gəldi. Onlara da dedik ki, biz nefti İrandan almasaq, o ehtiyacımızı haradan qarşılayacağıq? İranla fərqli baxışlarımız ola bilər, amma sanksiyaları düzgün hesab etmirik”, - deyə o vurğulayıb.
"Avropa Şurası Parlament Assambleyasında baş verənləri, bununla bağlı atacağımız addımları müzakirə etdik”.
Mövlud Çavuşoğlu öz növbəsində qeyd edib.
M. Çavuşoğlu bildirib ki, bugünkü görüşə Səməd Seyidov da qatılıb: "AŞPA təsirini və hörmətini itirməyə başlayıb. Bu təşkilatlar bizim üçün də, Avropa üçün də önəmlidir. Bu məsələlərdə Azərbaycanla birgə işləməyə davam edəcəyik”.
"Nazirlərin növbəti görüşü planlaşdırılır. Vaxt lazımdır ki, həmsədrlər hər şeyi dərindən öyrənsin. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun”.
Bunu isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
"Təklif var idi ki, BMT Baş Assambleyasının iclası çərçivəsində ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi vaxt istəyib”, - deyə o vurğulayıb.
.
