Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün səfərdə Avstriya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün I tur oyunu üçün "23-lüy"ü müəyyənləşdirib.
67 yaşlı mütəxəssis sərəncamındakı 26 futbolçudan 3-nü heyətdən çıxarmalı olub.
De Byazi Ceyhun Nuriyev ("Sabah"), Azər Salahlı ("Neftçi") və Rüstəm Əhmədzadənin ("Zirə") xidmətindən yararlanmamağı qərara alıb.
Daha əvvəl Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli zədəli olduğu üçün toplanışa qatılmayıb.
Qeyd edək ki, Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Yığma 3 gün sonra İsveçin qonağı olacaq.
.