Ötən gün səhər saatlarında Zaqatalanın Qandax kəndinə canavar hücumu olub.

Ev sahibi Əsgərov Akif Şəmsun oğlunun verdiyi xəbərə görə, həyətindəki tövləyə daxil olan yırtıcılar, 42 baş qoyundan 18-ni parçalayıb, 9-na xəsarət yetiriblər.

Hadisə yerinə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, dezinfeksiya işləri aparılıb. Tələf olan qoyunlar dərmanlanaraq basdırılıb. (Report)
.